Samir Əliyev: “Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik”

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Samir Əliyev Şimali Makedoniyanın U-19 yığmasına qarşı keçirilmiş oyundan sonra açıqlama verib. Allsport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis millinin 1:0 hesablı qələbəsini şərh edib:
  
“Bu il milli səviyyəsində ilk oyunumuzu keçirdik. Sevindirici haldır ki, qarşılaşmanı qol buraxmadan qələbə ilə başa vurduq. Yetərincə də qol vəziyyətlərimiz oldu. Təəssüf ki, onlardan lazımınca istifadə edə bilmədik. Vacib olan qələbə qazanmağımızdır. İlk hissədə yaxşı oynasaq da, fasilədən sonra futbolçularda bir az yorğunluq var idi.

Bununla belə, hər bir futbolçu özünü yaxşı tərəfdən göstərdi. Bir neçə oyunçudan razı qalsaq da, bəziləri hələ də öz üzərində işləməlidir. Komandanın çatışmayan cəhətləri çoxdur. Heyət tam formalaşmayıb. Amma yetərincə vaxtımız var. Əzmlə, istəklə çalışacağıq. Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik”.

Həmin kateqoriyadan