Samir Əliyev: “Həmin toplanışa 4-5 yeni futbolçu çağırmağı planlaşdırırıq”

U-19 millimizin baş məşqçisi Samir Əliyev Antalyada Şimali Makedoniya yığmasına qarşı keçirilən növbəti yoldaşlıq oyununu şərh edib. Allsport.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan danışıb:

“10 günlük təlim-məşq toplanışında sonuncu oyunumuz idi. Şimali Makedoniya yığması ilə ilk qarsılaşmadan fərqli olaraq, bu dəfə əsas heyətdə 7 dəyişiklik etmişdik. Sevindirici haldı ki, məğlub olmağımıza baxmayaraq, uşaqlar əzmkarlıq nümayiş etdirib, sonda qələbə qazandılar.

Ümumi toplanışa gəlincə, bundan maksimum yararlanmağa çalışdıq. Fikrimcə, toplanış bizim xeyrimizə oldu. Qazaxıstanla qarşıdakı oyunlara hazırlaşırıq. Həmin toplanışa 4-5 yeni futbolçu çağırmağı planlaşdırırıq. Çempionatın oyunlarını izləyəcəyik. Millinin qapısı ilk növbədə nizam-intizamı ilə seçilən, bu formanı geyinməyə layiq olan bütün futbolçuların üzünə açıqdır”.

Həmin kateqoriyadan