Samir Abbasov: “Kişiliyimizi, xarakterimizi ortaya qoyduq”

Çempionlar liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda “Dinamo”nu Tiflisdə məğlub edən “Neftçi”nin baş məşqçisi Samir Abbasov mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, 2:1 hesablı qələbə barədə danışıb:

“Cütün taleyi həll olunub desək, yalan olar. İkinci oyun var. Dünən demişdim ki, oyun gərgin keçəcək. Fərqi də sizə demişdim ki, onlar həftəiçi oyunlar oynayırlar. Ciddi hazırlaşmalıyıq, ciddi rəqibə rast gəlmişik.

Allah qoysa, Bakıda başqa cür oynayıb, mərhələni keçən biz olarıq. Bugünkü gün vallah bu idi bacaracağımız. Kişiliyimizi, xarakterimizi ortaya qoyduq. Görəcək işlərimiz çoxdur. Yeni oyunçular da görünür ki, yetərincə adaptasiya keçməliyik. Onlara da zaman lazımdır”. 

Həmin kateqoriyadan