“İmkanları 50-nin 50-yə dəyələndirirəm”

Sabah “Qarabağ” Avropa liqasının 1/16 finalında Tofiq Bəhramov adına respublika stadionunda Portuqaliyanın “Braqa” klubuna (ilk matç – 4:2) qarşı cavab oyununa çıxacaq. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında “köhlən atlar”ın hücumçusu Juninyo bunu dedi:

“Sabah maraqlı oyun olacaq. Matça yaxşı hazırlaşmışıq. Ciddi oyun olacaq. “Braqa” çox güclü komandadır. Onlar mövsümə çempionlar liqasında başlamışdı, indi Avropa liqasında davam edir. Bu da onların təhlükəli olduğunu göstərir. Doğma azarkeşlərimizin qarşısında oynayacağıq. Ümid edirəm ki, maraqlı oyun olacaq.

Bu oyunun taleyini xırda detallar həll edə bilər. Buna diqqət yetirməliyik. Onlar bizi tanıyırdılar, hansı gücdə olduğumuzu bilirdilər və bu oyunu bizdən gözləyirdi. Komandada ab-hava yaxşıdır. Futbolçularımız cavab oyununa kökləniblər. İmkanları 50-nin 50-yə dəyələndirirəm”.

Həmin kateqoriyadan