- Baxış sayı: 112
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 212
- Avqust 05, 2026
- 0
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın “Sent-Etyen” klubu ilə Azərbaycan çempionu “Qarabağ” arasında keçiriləcək oyunun hakimləri açıqlanıb. Allsport.az xəbər verir ki, sözügedən qarşılaşma islandiyalı ədalət təmsilçilərinə tapşırılıb.
Qarşılaşmanın baş hakimi Kristian Yakobsen olacaq. Ona Sigurdur Oli Torleyfsson və Qunnar Sverrir Qunnarson kömək edəcək. Mar Siqurdsson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, “Sent-Etyen” – “Qarabağ” matçı noyabrın 27-də keçiriləcək və saat 00:05-də başlayacaq.