“Şerif” – “Qarabağ” oyunu israilli hakimlərə tapşırılıb

Çempionlar liqasının 3-cü təsnifat mərhələsində “Şerif” – “Qarabağ” cavab oyunu üçün təyinatlar açıqlanıb. Allsport.az saytı xəbər verir ki, görüşü İsraildən olan briqada idarə edəcək. Avqustun 1-də baş tutacaq mçatçın baş hakimi Roy Reynşreyber olacaq.

Ona həmyerliləri Amihay Yehoşua Mozes və Dan Uçeniç kömək edəcəklər. Qarşılaşmanın dördüncü referisi Daniel Bar Natan olacaq. UEFA nümayəndəsi funksiyasını latviyalı Edqars Pukinsks icra edəcək. Hakim-inspektor vəzifəsi isə litvalı Paulius Maljinskasa həvalə olunub.

Qeyd edək ki, “Şerif” – “Qarabağ” oyunu Tiraspolun “Şerif” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan