“Sevilya”da ayrılıq

İspaniya millisinin heyətində dünya çempionu və ikiqat Avropa çempionu Serxio Ramos bu yay “Sevilya”nı tərk edə bilər.

Allsport.az xəbər verir ki, 38 yaşlı müdafiəçi mövsümdə təxminən 2 milyon avro qazanır ki, bu da keçən yay ona təklif olunan maaşdan xeyli azdır.

Qeyd olunur ki, “Sevilya” hələlik Ramosa başa çatan müqaviləsini uzatmağı təklif etməyib və o, karyerasını başqa klubda davam etdirmək üçün mümkün variantları nəzərdən keçirməyə başlayıb.

Həmin kateqoriyadan