“Şimalın ikibaşlı qartalları” Ağdam klubu ilə Bakıda oyuna itkilərlə çıxacaq

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsidə oktyabrın 20-də Bakıda qarşılaşacağı Yunanıstanın PAOK klubunda heyətlə bağlı çatışmamazlıq var. Allsport.az saytı xəbər verir ki, komandanın 4 futbolçusu Ağdam klubuna qarşı oynamaya bilər.

Bunlardan Marin Leovatsla Stelios Malezas son turda “İraklis”lə oyunun gedişində zədələnərək əvəzlənib. Həkim müayinəsindən sonra, ciddi problemləri olmayan futbolçuların fərdi məşqlərə başladığı bildirilir. Hər ikisinin Bakıda meydana çıxması son durumlarına əsasən bəlli olacaq.

Eyni zamanda, öncədən zədəsi olan Dimitris Pelkas və Giorgios Tsavellas da məşq etməyə başlayıb. Amma onların da “Qarabağ”a qarşı oynaması sual altındadır.

Həmin kateqoriyadan