- Baxış sayı: 40
- 19 May 2026 11:53
- Baxış sayı: 55
- May 18, 2026
- 0

“Arsenal” premyer liqasının 37-ci turunda “Börnli”ni 1-0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, bu, “topçular”ın qapıçısı David Rayyanın cari mövsümündə İngiltərə çempionatında qol buraxmadan keçirdiyi 19-cu oyundur.
30 yaşlı ispaniyalı qolkiper, 1993/94 və 1998/99 mövsümlərinin hər birində 19 dəfə “çərçivə”ni toxunulmaz saxlamış Devid Simenin “Arsenal”da rekorduna çatıb.
O, əvvəllər 3 dəfə premyer liqa “Qızıl əlcəy”i qazanaraq, Pepe Reyna və Co Hartın nailiyyətləri təkrarlayıb.