“Simurq”un sabiq baş məşqçisi “Baltika”da

“Simurq”un sabiq baş məşqçisi Sergey Yuran özünə yeni klub tapıb. Allsport.az xəbər verir ki, rusiyalı mütəxəssis bundan sonra Kalininqrad “Baltika”sına rəhbərlik edəcək.

45 yaşlı mütəxəssis bu klubla iki illik müqavilə imzalayıb. Yuranın vəzifəsi 2017-ci ilədək bu komandanı Premyer Liqaya çıxarmaqdır. Hansı ki, bu komanda sonuncu dəfə Rusiyanın yüksək liqasında 1998-ci ildə çıxış edib.

Qeyd edək ki, hazırda “Baltika” Rusiya milli liqasında 15-ci yerdə gedir. Yuran 2011/12 mövsümündə “Simurq”un sükanı arxasında çalışıb.

Həmin kateqoriyadan