- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 110
- Sentyabr 23, 2026
- 0

“Qəbələ”nin UEFA gənclər liqasının 1/32 final mərhələsində keçirəcəyi oyunun yeri və vaxtı dəqiqləşib. Allsport.az xəbər verir ki, çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar”ın Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşması martın 4-də baş tutacaq.
Matç Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Qarşılaşma Şimali Makedoniya futbol federasiyasının Skopyedəki təlim-məşq mərkəzində keçiriləcək.