Slavik Alxasov: Ağır yükləmədə güclü rəqibə qarşı yaxşı oynadıq

Türkiyə toplanışında “Keşlə” yerli “Osmanlıspor”la 0:0 oynayıb. Allsport.az saytı xəbər verir ki, komandamızın kapitanı Slavik Alxasov görüşlə bağlı bunu deyib:

“Toplanış normal axarda keçir. Məşqlərdə həm fiziki, həm də taktiki tapşırıqlar üzərində çalışırıq. Komanda yoldaşlarımla birlikdə məşqlərdə məşqçilər korpusunun tapşırıqlarını böyük həvəslə yerinə yetiririk. Bu gün toplanış çərçivəsində keçirdiyimiz yoxlama matçında da baş məşqçinin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirməyə çalışdıq.

“Osmanlıspor” kifayət qədər güclü komandadı, oyunda da bunu hamımız müşahidə etdik. Düşünürəm ki, oyun bərabər səviyyədə keçdi, hətta bəzi epizodlarda hesabı açmaq imkanlarımız da oldu. Ümumilikdə, ağır yükləmələr fonunda güclü komandaya qarşı yaxşı oynadıq və qarşıdakı oyunların da ümumi hazırlıq səviyyəmizə müsbət təsir göstərəcəyinə inanırıq”.

Həmin kateqoriyadan