Slavko Braliç “Neftçi-2″nin heyətində məşqlərə başlayıb

Hazırda özünə yeni komanda axtaran futbolçu Slavko Braliç bir neçə klubla danışıqlarını davam etdirir.

Allsport.az saytı xəbər verir ki, bu müddət ərzində formada qalmaq üçün klub rəhbərliyinə müraciət edən 26 yaşlı xorvatiyalı müdafiəçi, “Neftçi-2”nin heyətində təlim-məşq toplanışına qoşulub.

Onun gələcək karyerasına yaxın müddətdə aydınlıq gələcək. “Ağ-qaralar” Slavko Braliçlə keçən ilin yayında 1-illik müqavilə bağlamışdı. Futbolçu bu mövsüm komandamızın heyətində 13 oyunda meydana çıxıb.

Həmin kateqoriyadan