- Baxış sayı: 39
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


“Atalanta” Lazar Samarjiçin transferini açıqlayıb.
Allsport.az xəbər verir ki, yarımmüdafiəçi “Udineze”dən almaq opsiyonu ilə icarəyə götürülüb və bu, müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə öhdəliyə çevriləcək.
Əgər berqamasklar Serbiya millisinin oyunçusunu alsa, Udi komandası 22 milyon avro və daha 3 milyon bonus alacaq.
Ötən mövsüm “İnter”, “Yuventus”, “Milan” və digər klublarla maraqlanan Samarjiç “A” seriyasında 34 oyun keçirib və 6 qol vurub.