“Son fazada ötürmələr, zərbələr alınmadı”

Bu gün premyer liqanın 26-cı turunda “Zirə” səfərdə “Qarabağ”a 1:3 uduzdu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov məğlubiyyətə aydınlıq gətirdi:

“Qola kimi hər şey planlaşdırdığımız kimi gedirdi. Müdafiədən çıxanda top itkisindən sonra rəqib ilk hissənin son dəqiqələrində fərqləndi. Bundan başqa təhlükəli qol epizodları yox idi. Bizim isə bir epizodumuz var idi. Rəhim Sadıxov qapıya zərbə əvəzinə ötürmə verdi. İkinci hissədə daha açıq oyun oldu. Hesabı bərabərləşdirmək üçün yaxşı fürsətlərimiz var idi. Təəssüflər olsun ki, son fazada ötürmələr, zərbələr alınmadı”.

Həmin kateqoriyadan