Söyüldü və oyundan imtina etdi

Avro-2016 seçmə qrup oyununda Qazaxıstanla oyunu başlamazdan əvvəl isinmə hərəkətlərinə başlayan Türkiyə millisinin qapıçısı Volkan Dəmirəl tribunalardan təhqir atəşinə məruz qalıb.

“Allsport.az” türkiyənin NTV kanalına istinadən xəbər verir ki, tribunadan söyüş yağan tərəfə gedən qapıçı azarkeşlə söz atışmasından sonra məşqçi korpusuna əvəzlənməsini işarə edib və stadionu tərk edib.

Baş məşqçi onu Volkan Babacanla əvəzləmək məcburiyyətində qalıb.

Həmin kateqoriyadan