- Baxış sayı: 35
- 06 Dekabr 2024 23:35
- Baxış sayı: 104
- Dekabr 05, 2024
- 0
“Neftçi”nin Avropa liqasında Moldovanın “Speranta” klubuna qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, görüş Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş referi Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. 4-cü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək. UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor Gevorq Hovhannisyan (Ermənistan) olacaq.
İyulun 11-də “Zimbru” stadionunda keçiriləcək “Speranta” – “Neftçi” matçı saat 21:00-da başlayacaq.