- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Rusiyanın məşhur “Sport-ekspress” qəzeti Stanislav Çerçesovun baş məşqçi olduğu Macarıstanın “Ferentsvaroş” klubunun Bedapeştdə Avropa liqasının pley-ofunda “Şemrok Rovers” (İrlandiya) üzərində 4:0-lıq qələbəsinə geniş yer ayırıb. Allsport.az saytı xəbər verir ki, yazılardan birində bu başlıq qeyd olunub: “Çerçesov – bir ayağı ilə Avropa liqasının qrupunda. “Ferentsvaroş” “Qarabağ”dan dərs aldı”.
Həmkarımız sözünə belə davam edib: “Çempionlar liqasından kənarlaşmaq – özü də doğma meydanda – bu ağrılı idi. Bununla belə, Stanislav Çerçesov komandasının uğursuzluğa necə reaksiya verməsindən razı qaldı. “Feretsvaros” çox qəzəbləndi, digər Macarıstanın Avropa kubokundakı digər iştirakçısı – “Fehervar” – “yaşıl qartallar”ın isti əlinə keçdi, bazar günü 4 cavabsız qol vurdu”.
Budapeşt təmsilçisinin “Şemrok Rovers”lı oyunda da 4:0 hesabı ilə qalib gəldiyi qeyd edilib.
“Əlbəttə, Çerçesov komandanı rahatlamamağa çağıracaq. Amma artıq hamıya aydındır ki, Avropa Liqasının qrupunda yer demək olar ki, bron edilib. Orada isə Macarıstan çempionları səs-küy sala bilər”.