“Stadionun dolu olmasını istərdik”

Sabah “Qarabağ” qitə liqasının “A” qrupun son turunda “Düdelanj”ı qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün “Tofiq Bəhramov” stadionunda mətbuat kondransında baş məşqçimiz Qurban Qurbanov bunu deyib:

“Son oyunumuzdur. Hiss olunur ki, maraq azdır. Hər halda, oyuna ciddi hazırlaşacağıq. Normal oyunla, yaxşı nəticə ilə turniri başa vurmaq istəyirik. Bu oyundan əvvəl futbolçulara sərbəstlik vermişik. Oyuna hazırlıq prosesində də, məşqlərdə də.

“Düdelanj” tanıdığımız rəqibdir, bu gün və sabah rəqibi daha yaxından tanıyacağıq. Bizim üçün hər oyun ciddidir. Stadionun dolu olmasını istərdik. Azarkeşlərimizi də başa düşürəm. Stadionda olmasalar da, bizimlə olacaqlar. Son oyunda stadionun dolmasını istərdik”.

Həmin kateqoriyadan