Süleyman Piriyev: “Qarabağ” böyük hesablı məğlubiyyətin əvəzini çıxmaq istəyəcək

Premyer liqanın 12-ci turunda “Sumqayıt”ın əvəzedicilərdən ibarət komandası “Qarabağ”la qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, hazırlıqla bağlı “kimyaçılar”ın kapitanı Süleyman Piriyev klub əməkdaşına müsahibə verib.

Cari mövsüm keçən dəfəyə nisbətən, sanki zəif təsir bağışlayırsan. Bu, nə ilə əlaqələlidir?
-Bunu komandanın gəncləşdirilməsi ilə əlaqələndirərəm. Çünki keçən il heyətimizdə daha yaşca böyük futbolçular var idi. Bu il isə daha çox gənc futbolçulara üstünlük verilir-1999, 2000, 2001. Ona görə belə təsiri olur. Əsasən “A”
komandasına üstünlük verilir. Həmişəki kimi.

– “Qarabağ”la sonuncu qarşılaşmada səfərdə 5:1 hesabı ilə qalib gəldiniz. Bu turda onlarla yenə səfərdə oynacaqsız. Görüşdən hansı nəticə ilə ayrılacağınıza inanırsız ?
– Bu turda da İnşallah qələbə bizlə olar. Bu görüşə yəqin ki, “Qarabağ” da yaxşı hazırlaşar. Yəqin ki, 1:5-in əvəzini çıxmaq istəyəcəklər. Ona görə bu görüşə də ciddi hazırlaşırıq. Xeyirlisi İnşallah. Güclü olan qalib gələr.

– Komandada zədəli və cəzalı futbolçular yoxdur ki?
– Var. Çoxdur bəlkə də. Keçən oyun iki oyunçumuz qırmızı aldı –Elsevər Bəkirzadə ilə Ceyhun Rəcəbli. Zədəliləri də dəqiq bilmirəm. Çünki oyuna bir neçə gün var. Hər an hər şey ola bilər. Özüm belə zədələnə bilərəm. Ona görə zədəlilərlə bağlı dəqiq bir söz demək olmaz.

– Artıq ikinci mövsümdür ki, “Sumqayıt”ın əvəzedicilərində mübarizə aparırsan. Yerli klublardan və ya ölkə xaricindən yayda və yaxud indi təkliflər olmayıb?
– Təkliflər birbaşa mənə gəlmir Vallah. Çünki menecerim yoxdur. Özümə zənglər gəlmir. Bəlkə də yuxarılara mənimlə bağlı təklif olur. Transfer dönəmi deyil deyə bəlkə də bildirmirlər. Çempionatda dövrə qurtarsın sonra bilinəcək ki, təkliflər olub ya yox ?!

Həmin kateqoriyadan