“Sumqayıt” bəyanat yaydı

Dünən “Sumqayıt” –  “Qəbələ” arasında oynanılan yoxlama oyununun (1:2) 40-cı dəqiqəsində azarkeşlərdən biri qonaqların qaradərili futbolçusu Ekiqo Ehiosuna qarşı təhqiredici ifadələr səsləndirmişdi. Allsport.az xəbər verir ki, Sumqayıt klubu məsələ ilə bağlı bəyanat yayıb.

“Sumqayıt” adından bu cür halları pisləyir, hadisənin araşdırılması yönündə işləri davam etdiririk. Güman olunur ki, bu şüar meydanda əyləşən bir azyaşlı tərəfindən səsləndirilib. Sumqayıt futbolsevərlər şəhəridir, fanatlarımız bu günə qədər daim istənilən rəqibə və futbolçuya hörmətlə yanaşıb. “Sumqayıt” belə hərəkətin yolverilməz olduğunu açıqlayır”.

Həmin kateqoriyadan