“Sumqayıt” – “Çukariçki” oyununa biletləri bir günə satılıb

“Sumqayıt” – “Çukariçki” (Serbiya) arasında konfrans liqasının 2-ci təsnifatının cavab matçına olan bütün biletlər alınıb. Allsport.az saytı xəbər verir ki, iyulun 26-dan qiyməti 2 manat olan 550 bilet satışa çıxarılıb.

Artıq həmin biletlər bir günə sumqayıtlı azarkeşlər tərəfindən alınıb. Nazirlər kabineti yanında Operativ qərargahın qərarına uyğun olaraq, stadionun tamaşaçı tutumunun 50 faizinə azarkeş buraxıla bilər.

Bu matç Sumqayıtın 1300 tamaşaçı tutumuna malik olan “Kapital bank arena”sında keçiriləcək. İyulun 29-u saat 20:00-da başlayacaq matç İTV vasitəsilə canlı yayımlanacaq.

Bir həftə öncə Belqradda ilk matç qolsuz heç-heçə ilə başa çatıb.

Həmin kateqoriyadan