“Sumqayıt” radikalizmə “yox”

“Sumqayıt” iqtisadi və sosial inkişaf mərkəzi və PH “İnternational” təşkilatının dəstəyi ilə “Yerli icmaların imkanlarının artırılması təşəbbüsləri” layihəsi çərçivəsində “Radikalizmə yox”, “Bura sənindir” şuarları əsasında tədbirin iştirakçısı olub. 

Allsport.az saytı xəbər verir ki, komandanın məşqindən əvvəl baş tutan tədbirdə əsas məqsəd radikalizmə və radikal qruplara qoşulmağa yox demək, eləcə də multikulturalizm ideyalarını dəstəkləməkdən ibarət olub. 

CESD-nin sədri Vüqar Bayramov futbolçulara və tədbirə qatılan gənclərə radikalizm və multikulturalizm haqqında məlumat verdikdən sonra, tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan