“Sumqayıt” Şəhid övladlarıyla görüşdü

8 noyabr Zəfər günü ilə əlaqədar “Sumqayıt” növbəti layihəsini həyata keçirib.

Allsport.az xəbər verir ki, “Kapital bank arena”nın akt zalında 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın övladları ilə görüş baş tutub. “Sumqayıt” FK-nın təşkilatçılığı, Sumqayıt şəhər təhsil şöbəsi, Kontakt home və Pizza İNN restoranlar şəbəkəsinin dəstəyi ilə baş tutan tədbirdə 30-dan artıq şəhid övladları iştirak edib. Azərbaycan respublikasının dövlət himni və 1 dəqiqəlik sükutla start götürən tədbir müxtəlif çıxışlar və musiqili proqramla davam edib. Görüşdə “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, Kontakt home şirkətinin Marketinq Departamentinin rəhbəri Əli Vəliyev, retail marketinq şöbəsinin müdiri Coşqun Zeynalov, klubun müşahidə şurasının üzvləri – Abdulla Məmmədov və Telman Salahov da iştirak edib. Görüş zamanı tədbir iştirakçılarına “Sumqayıt” FK-nın və Kontakt home şirkətinin hazırladığı xüsusi hədiyyələr təqdim edilib, daha sonra tədbir iştirakçılarına Pizza İNN tərəfindən hazırlanmış yemək çeşidləri təqdim edilib.

Həmin kateqoriyadan