“Sumqayıt”ın necə oynadığını bilirik”

“Sumqayıt”ın konfrans liqasının II təsnifat mərhələsindəki rəqibi olan Serbiyanın “Çukariçki” klubunun baş məşqçisi Duşan Corceviç fikirlərini bildirib. Allsport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bunları söyləyib:

“Rəqibimizi ciddi analiz edəcəyik. Bütün komandalara hörmətlə yanaşırıq. “Sumqayıt” barədə ilkin məlumatlarımız var. Mümkün olan bəzi informasiyaları əldə etmişik. Meydana hansı oyun fəlsəfəsi ilə çıxdıqlarını, necə oynadıqlarını bilirik. Qarşıda hələ kifayət qədər vaxtımız var. Hələlik özümüz barədə düşünürük”.

Bu komandalar arasında ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə həmin ayın 29-da Azərbaycanda olacaq.

Həmin kateqoriyadan