- Baxış sayı: 26
- 27 Aprel 2024 21:00
- Baxış sayı: 52
- Aprel 23, 2024
- 0
“Sumqayıt”ın Avropa liqasının I təsnifat mərhələsində rəqibi olan Albaniyanın “Şkendiya” klubunun futbolçusu Armend Alimi koronavirusa yoluxub. Allsport.az klubun saytına istinadən xəbər verir ki, şimali makedoniyalı futbolçu evində təcrid edilib.
Futbolçunun sağlamlığının yaxşı olduğu qeyd edilib. 32 yaşlı futbolçu “Sumqayıt”la oyunda iştirak etməyəcək.
Avqustun 27-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Şkendiya” görüşü saat 20:00-da başlayacaq.