Tərlan Əhmədov: Fürsətlərdən istifadə edə bilmədik

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov premyer liqasının 4-cü turunda “Səbail”ə evdə 1:2 uduzduqları oyuna şərh verib. Allsport.az saytı xəbər verir ki, 48 yaşlı mütəxəssis nəticənin belə olacağını gözləməyib:

“Oyuna belə pis başlayacağımızı gözləmirdim. Buraxılan 2 qoldan sonra oyuna nəzarəti ələ aldıq və ikinci hissəni hücumda keçirdik, lakin fürsətlərdən istifadə edə bilmədik.

Bu gün bizim günümüz deyilmiş. Rəqibi təbrik edirəm. Bizi isə qarşıda “Neftçi” ilə çətin oyun gözləyir. Həmin matça yaxşı hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan