Tərlan Əhmədov: Oyunda uşaq səhvləri məni də çox yorur

“Keşlə” premyer liqasının 25-ci turunda “Qarabağ”a 0:3 uduzub. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra mətbuat konfransında qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov bunu deyib.

“Qarabağ”ı təbrik edirəm. Belə oyunlarda buraxdığımız səhvlər məni çox məyus edir. Birinci qolda da qapıçımız ağır zədə aldı. Onsuz da itirə-itirə gedirik.

Oyunda uşaq səhvləri məni də çox yorur. İkinci hissədə baş verən hadisələr bizdə başqa fikirlər yaradır. İstəyirəm ki, sakitlik olsun.

Həmin kateqoriyadan