- Baxış sayı: 50
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0
Premyer liqasının ilk turunda “Qarabağ”ı qəbul edən “Keşlə” rəqibə 79 dəqiqə müqavimət göstərə bilib. Allsport.az saytı xəbər verir ki, oyun sonrası mətbuat konfransında baş məşqçi Tərlan Əhmədov bunu söyləyib:
“”Qarabağ”ın 2 eyni səviyyəli heyəti var. Rəqib avrokubokda mübarizə aparır, futbolçuları formadadırlar. Oyunu əks-hücun üzərində qurmuşduq və hər şey istədiyimiz kimi gedirdi. Amma qırmızı vərəqə bütün planlarımızı pozdu.
Müdafiəçilər yaxşı təsir bağışladılar, həmçinin Namaşko da. Düzdür, cinahlarda bəzi anlaşılmazlıqlar var idi. Amma komandanın ümumi çıxışı ürəkaçandır”.