Tahir Gözəl: Gələcəkdə allsport.az-ın tövsiyyəsini nəzərə alağacıq

Bu gün “Fairmon Baku” mehmanxanasında Bakı-2015-in Əməliyyat Komitəsi ilə “Azersun Holding” və “Bazarstore” arasında rəsmi dəstəkçi müqaviləsi imzalandı. Tədbirdən sonra gənclər və idman naziri Azad Rəhimov, BAOƏK-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, “Azərsun Holding”in baş icraçı direktoru Savas Uzan, “Bazarstore” idarə heyətinin üzvü Tahir Gözəl jurnalistlərlə görüşdülər.

Adı son çəkilən şirkət rəsmisi allsport.az saytının «Yaxşı olmazdımı ki, müqavilə ötən ilin yayında bağlanılardı və sponsoru olduğunuz «Qarabağ» klubu Avroliqada üzərində Bakı-2015-in loqosu olan forma ilə mübarizə aparardı» sualına aydınlıq gətirdi.

Bildirdi ki, onun təmsil olduğu şirkətin Bakı-2015 ilə anlaşması bu günə təsadüf edib: «Bəli, dediklərinizdə həqiqət var. Amma nə etmək olar. Qismət bu günə imiş. İlk Avropa oyunları böyük və davamlı bir layihədir. Təbii ki, gələcəkdə bir hər detalı nəzərə alacağıq. Sizin gözəl tövsiyə də diqqətimizdə olacaq».

Həmin kateqoriyadan