Tahir Gözəl: “Hazırda zəif klub anlayışı yoxdur”

Bu gün “Qarabağ” çempionlar liqasının 1-ci ələməsinin cavab oyununda (ilk matç 2:1) Bakı olimpiya stadionunda Cəbəllürtariqin “Linkoln” klubunu 4:0 yendi. Allsport.az saytı xəbər verir ki, matçdan sonra Ağdam komandasının prezidenti Tahir Gözəl brifinq keçirdi:

“Səfərdə çətin oldu. Ağır hava şəraiti bizə yaxşı oynamağa imkan vermədi. Amma evdə hər şey möhtəşəm idi. Gözəl futbol nümayiş etdirdik. Bəhlul Mustafazadənin qolu Avropa səviyyəli idi.

Hələ ki, yeni transferlər olmayacaq. Alacağımızı almışıq. Buna qane olub yolumuza davam etmək istəyirik. Hazırda zəif klub anlayışı yoxdur.

Növbəti rəqib Polşanın “Rakuv” klubudur. Güclü opponentdir. Amma “Qarabağ”da elə birlik formalaşıb ki, qərarları tək adam deyil, hamı birgə verir”.

Həmin kateqoriyadan