Tahir Gözəl: “Slovan”la oyunu qazanmadığımızı görə bizi daha çətin mübarizə gözləyir

“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsində Çex Respublikasının “Slovan”ına məğlubiyyəti şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyətdən sonra, rəhbərlik etdiyi klub tərəfindən Liberersə ezam olunmuş KİV əməkdaşlarına bunu söyləyib:

“Bu gün görmək istədiyim “Qarabağ”ı görə bilmədim. Təəssüf ki, bu gün “Qarabağ” meydanda doğrudan da güclü deyildi. Bu, bizi məyus etdi. Rəqib qələbəyə layiq idi. “Fiorentina”nın məğlub olması da əleyhimizə oldu.

“Slovan” mərhələ adlamaq üçün son son matçda PAOK-u udmalıdır. Biz də öz növbəmizdə, evdə “Fiorentina”ya qalib gəlməliyik. Bu oyunu qazanmadığımızı görə bizi daha çətin mübarizə gözləyir. Sonadək komandanın yanındayıq, onlara inanırıq”.

Həmin kateqoriyadan