Tale matçının biletləri sabahdan satışa çıxır

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ” dekabrın 8-də İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, görüşün biletləri sabah – dekabrın 5-də, saat 11:00-dan etibarən satışa çıxacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

1-7 və 22-27 nömrəli sektorlar – 1 AZN
8-10 və 19-21 nömrəli sektorlar – 2 AZN
11,12 və 17, 18, 29, 38 nömrəli sektorlar – 5 AZN
13 və 16 nömrəli sektorlar – 10 AZN
14 və 15 nömrəli sektorlar – 20 AZN
VİP – 50 AZN

Qeyd edək ki, “Qarabağ” – “Fiorentina” matçı dekabrın 8-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandamız qalib gələcəyi halda, ölkə futbolu tarixində ilk dəfə qrup mərhələsini adlayacaq.

Həmin kateqoriyadan