Tarix yazmağa yeganə namizəd – “Qarabağ”lı Odlar yurdu

Çempionlar Liqasının pley-off mərhələsində iştirak edəcək 20 komanda 20 müxtəlif ölkəni təmsil edir. Allsport.az saytı xəbər verir ki, bu ölkələrdən 19-u əvvəllər də qrup mərhələsində mübarizə aparıb.

Pley-off mərhələsinin iştirakçıları arasında qrup görməyən yeganə ölkə Azərbaycandır. “Qarabağ”ın pley-offa yüksəlib, ölkəmiz üçün ilkə imza atmasından sonra ağdamlılar qrupun da bir addımlığındadı.

Çempionumuz bu səddi də adlasa, qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində yeni ölkənin – Azərbaycanın debütü gerçəkləşəcək. Söhbət 1992-ci ildən indiki formatda keçirilən yarışın əsas raundunda yer almaqdan gedir.

25 il ərzində 32 ölkənin klubları bunu bacarıb. “Qarabağ”ın tarix yazması ilə bu rəqəm 33-ə çatacaq. Siyahını artırmağa – özü üçün tarix yazmağa yeganə namizəd olan Azərbaycan çempionlar liqasının 33-cü ölkəsi olub-olmamağı avqustun 15-16 və 22-23-də baş tutacaq matçlarda bilinəcək.

Apasport.az-ın məlumatına görə, indiyədək çempionlar liqasında ən çox təmsil olunan İspaniyadı. Bu ölkə 79 iştiraka malikdir. “Real” və “Barselona”nın hərəsi 21 dəfə yarışa qatılmaqla ölkələrinin liderliyində pay sahibi olub. İngiltərə klubları 75, Almaniya və İtaliya hərəyə 67, Fransa isə 56 dəfə bunu bacarıb.

1. İspaniya – 79
2. İngiltərə – 75
3-4. İtaliya – 67
Almaniya – 67
5. Fransa – 56
6. Portuqaliya – 44
7. Niderland – 36
8. Rusiya – 33
9. Yunanıstan – 30
10. Türkiyə – 28
11. Ukrayna – 27
12. Belçika – 21
13. Şotlandiya – 19
14-15. Norveç – 12
Rumıniya – 12
16. İsveçrə – 11
17. Çexiya – 10
18-19. Danimarka -8
İsveç – 8
20-21. Avstriya – 7
Xorvatiya – 7
22-23. Belarus – 5
İsrail – 5
24. Kipr – 4
25-27. Polşa – 3
Bolqarıstan – 3
Slovakiya – 3
28-30. Sloveniya – 2
Macarıstan – 2
Serbiya – 2
31-32. Qazaxıstan – 1
Finlandiya – 1

Həmin kateqoriyadan