TCK at yarışlarını ləğv etdi

Türkiyə cokey klubu, episentri Qəhrəmanmaraş olan və daha 10 vilayətdə baş verən zəlzələlərdən sonra, yerli at yarışlarının 2-ci bir xəbərdarlıqa qədər ləğv edildiyini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, qardaş ölkənin mütəxəssisləri duruma belə aydınlıq gətirib:

“Bazar ertəsi günü Qəhrəmanmaraşda baş verən və bir çox şəhərimizi təsir edən zəlzələ fəlakəti səbəbi ilə yerli at yarışları 2-ci bir açıqlamaya qədər ləğv edilib. Bu müddətdə ortaq mərclər olmayacaq.

Beynəlxalq yarışlarda qəbul edildi. Zəlzələdə həyatını itirənlərə vətəndaşlarımıza Allahdan rəhmət, yaralanan vətəndaşlarımıza isə tezliklə şəfa diləyirik”.

Həmin kateqoriyadan