Tomas Tuxel: Bakıya 3 xal üçün gəlmişik

Bu gün Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Bakcell Arena”da təşkil ediləcək “Qəbələ” ilə matçdan əvvəl Almaniyanın “Borussiya” Dortmund klubunun baş məşqçisi Tomas Tuxel mətbuat konfransı keçirib. Allsport.az saytı xəbər verir ki, ev sahibini güclü rəqib kimi dəyərləndirən almaniyalı mütəxəssis, Azərbaycan komandasının çox fəal və gözəl komanda oyunu nümayiş etdirdiyini deyərək bildirib:

“Qəbələ”nin futbolçularını ayrı-ayrılıqda qeyd etmək istəməzdim. Lakin burada istedadlı futbolçular yetərincədir. Bütövlükdə, komanda çox gözəl təəssürat bağışlayır. Azərbaycan klubunun “Krasnodar” klubu ilə qarşılaşmasını izləmişəm. Deyə bilərəm ki, “Qəbələ” Rusiya klubu ilə qələbəyə layiq oyun nümayiş etdirdi. Sabah 4-4-2 taktikasına və topa sahib olmağa üstünlük verməklə mübarizə aparacağıq. Rəqibi hərtərəfli öyrənmişik. “Qəbələ”yə çox ciddi yanaşırıq, amma Bakıya lazımi nəticə, üç xal üçün gəlmişik”.

 

Həmin kateqoriyadan