Tomas Tuxel: “Qəbələ” ilə görüş haqda düşünməliyik

Almaniya Bundesliqasının 11-ci turunda səfərdə “Verder”i 3:1 hesabı ilə məğlub edən Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuxel oyundan sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, almaniyalı mütəxəssis  “Qəbələ”yə qarşı keçirəcəkləri Avroliqa oyunu haqqında da danışıb:

“İlk hissədə oyunumuz istənilən kimi alınmadı. Fasilədən sonra göstərdiyimiz mübarizədən razı qaldım. Biz artıq bu matçı unutmalıyıq, “Qəbələ” ilə görüş haqda düşünməliyik. Həmin qarşılaşmada da azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, “Borussiya” – “Qəbələ” oyunu noyabrın 5-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Həmin kateqoriyadan