- Baxış sayı: 32
- 14 İyul 2026 19:33
- Baxış sayı: 102
- İyul 13, 2026
- 0

“Arsenal” “Atletiko”nun hücumçusu Xulian Alvaresin transferini qısa müddətdə yekunlaşdırmaq niyyətindədir.
Allsport.az xəbər verir ki, London klubu argentinalı futbolçu üçün 105 milyon avro ödəməyə hazırdır.
Lakin Madrid təmsilçisi 26 yaşlı forvardı 117 milyon avrodan aşağı qiymətə satmaq istəmir.
Bildirilir ki, danışıqları “topçular”ın idman direktoru, daha əvvəl “Atletiko”da çalışmış Andrea Berta aparır.
Alvares əvvəlcə İspaniyada qalmağa üstünlük verirdi. Onunla “Barselona” və “Real” da maraqlansa da, “Atletiko” birbaşa rəqiblərini gücləndirmək niyyətində deyil. Futbolçuya PSJ də maraq göstərir.
Argentina millisinin üzvü ötən yay “Mançester Siti”dən 75 milyon avro qarşılığında “Atletiko”ya transfer olunub. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 49 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə edib.