- Baxış sayı: 58
- 20 Sentyabr 2026 14:44
- Baxış sayı: 177
- Sentyabr 17, 2026
- 0

İngiltərənin “Arsenal” klubu heyətini braziliyalı yarımmüdafiəçi Bruno Gimarayeşlə gücləndirib.
Allsport.az xəbər verir ki, “topçular” futbolçunun transferi ilə bağlı “Nyukasl”la razılığa gəlib.
Məlumata görə, transferin dəyəri 75 milyon funt sterlinq (87milyon avro) təşkil edib. Futbolçu şəxsi müqavilə şərtlərini isə hələ iyul ayında razılaşdırmışdı.
Qeyd edək ki, 28 yaşlı Bruno Gimarayeş ötən mövsüm premyer liqada 29 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə verib. O, həmçinin çempionlar liqasında 7 matçda forma geyinib.