“Topçular”dan yunan hücumçu həmləsi

“Topçular”dan yunan hücumçu həmləsi

İngiltərə çempionu “Arsenal” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, London klubu Belçikanın “Brügge”də çıxış edən Xristos Dzolisi transfer etdiyini rəsmən açıqlayıb.

24 yaşlı yunan hücumçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Premyer liqa təmsilçisi oyunçu üçün qarşı tərəfə 40 milyon avro ödəyib.

“Arsenal” 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasını 85 xalla çempion başa vurub. “Topçular” yeni mövsümün ilk turunda avqustun 21-də “Koventri Siti” ilə qarşılaşacaqlar.

Həmin kateqoriyadan