“Tottenhem” “Çelsi”yə qalib gələ bilmədi

İngiltərə Premyer Liqasında 14-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Tottenhem” də növbəti matçını keçirib.

London klubu doğma meydanda “Çelsi” ilə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Qeyd edək ki, “Tottenhem” hazırda 25 xalla 20 klub arasında 5-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan