- Baxış sayı: 32
- 23 Sentyabr 2026 16:44
- Baxış sayı: 275
- Sentyabr 17, 2026
- 0

“Tottenhem”in hücumçusu Rişarlison budun arxa əzələsindən aldığı zədə səbəbindən yeddi həftəyədək yaşıl meydanlardan kənarda qalacaq.
Allsport.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
28 yaşlı braziliyalı futbolçu İngiltərə kubokunun 3-cü mərhələsi çərçivəsində keçirilən “Aston Villa” ilə oyunda (1:2) zədələnərək meydanı vaxtından əvvəl tərk etməli olub.
Rişarlison cari mövsümdə keçirdiyi 31 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.