TRT Spor və Lig TV-nin şərhçisi: Bu səhv «Qarabağ»ın yarasını sağaltmayacaq

TRT Spor və Lig TV-nin İtaliya təmsilçisi, eyni zamanda İtaliya İdman Yazarları Dərnəyinin İdarə heyətinin üzvü Dundar Qəsablı «İdman Azərbaycan»ın şərhçisi Ramiz Mirzəzadə və ünlü futbolçu Ceyhun Sultanovla birgə «Qarabağ» – «İnter» matçını şərh ediblər. Allspot.az saytı xəbər verir ki, türkiyəli həmkarımız qarşılaşma boyunca azarkeşlərin dəstəyi və komandanı durmadan alqışlaması çox gözəl mənzərə olduğunu deyib:

«Fanatlara bunun üçün təşəkkür düşür. Təəssüf hakim yanlış qərar verərək, komandanın haqqını yedi. Nəticənin dəyişdirilməsi mümkünsüzdür. Amma yekunda hakim cəzalanacaq və bir müddət ona etibar edilməyəcək.

Təəssüf ki, bu «Qarabağ»ın və onun azarkeşlərinin yarasını sağaltmayacaq. Onlar üçün lazımı təsəlli olmayacaq. İnşallah, bundan növbəti mövsüm daha yaxşı hazırlıq keçərlər, güclənərlər və daha yüksək yerləri tutarlar. Avropada rəqibləri qədər təcrübəsi olmayan «Qarabağ» hər şeyə rəğmən, özünün və ölkəsi adına layiqli mübarizə apardı».

Həmin kateqoriyadan