- Baxış sayı: 33
- 22 İyun 2026 14:00
- Baxış sayı: 66
- İyun 22, 2026
- 0

Ayxan Abbasovun komandası premyer liqanın 23-cü turunda səfərdə “Sabah”a 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, qərb klubu ilk dəfə rəqib meydanında ölkə çempionatında 2 qol vurub.
Bunadək səfərdə 1-dən çox qol vurmayan debütant, səfərdə ən böyük fərqli qələbəsini qazanıb. “Turan Tovuz” əvvəlki 3 qələbəsini 1 top fərqi ilə əldə edib.
“Qırmızı- göylər” həm də ilk dəfə ardıcıl 2 səfər görüşündə qalib gəlib. Fevralın 6-da “Şamaxı”nı bir qolla üstələyib. Klub debüt mövsümünün əvvəlki qarşılaşmalarında belə sıralamaya nail olmayıb.