Türkiyə klubu “Qarabağ” önünə ciddi itkilərlə çıxacaq

Noyabrın 5-də Avropa liqasının “İ” qrupunda “Qarabağ”la üz-üzə gələcək “Sivasspor”un heyətində ciddi itkilər var. Allsport.az saytı xəbər verir ki, sol ayaq əzələsində yırtılma aşkarlanan ispaniyalı yarımmüdafiəçi Jorje Feliksin bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Sağ dizində şiş əmələ gələn ukraynalı orta sahə oyunçusu Sergey Rıbalka və sağ ayaq əzələsi yırtılan kapitan Ziya Ərdal bir həftə sonra kollektivlə məşqlərdə iştirak edə biləcəklər.

Adı çəkilən futbolçuların “köhlən atlar”a qarşı oynamayacağı dəqiqdir. Bir müddətdir zədədən əziyyət çəkən və artıq reabilitasiya dönəmini geridə qoymaq üzrə olan qabonlu müdafiəçi Aaron Appindanqoye, həmçinin sol bud əzələsi dartılan braziliyalı müdafiəçi Marselo Qoyanonun durumu qeyri-müəyyəndir.

Həmin kateqoriyadan