FOTO
Türkiyə mətbuatı Cavid Hüseynovun bu jestindən yazır

Türkiyə mətbuatı “Qəbələ”nin kapitanı Cavid Hüseynovun Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kipr “Apollon”una qarşı cavab oyunundan sonrakı hərəkətini diqqətdən kənarda saxlamayıb. Allsport.az xəbər verir ki, qardaş ölkənin demək olar ki, əksər aparıcı qəzet və saytları onun 1:0 hesablı qələbədən sonra Azərbaycan və Türkiyə bayrağı ilə stadionda dövrə vurmasından yazıblar.

Qeyd edək ki, Larnakada 1:1 hesablı bərabərliyə nail olan “Qəbələ” doğma meydandakı 1:0 hesablı qələbə sayəsində tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb.

Həmin kateqoriyadan