Türkiyədə futbol klublarının rəhbərləri saxlanılıb

Türkiyədə futbol klublarının rəhbərləri saxlanılıb

Türkiyədə peşəkar futbol klublarının 17 rəhbər şəxsi qanunsuz mərc fəaliyyəti ilə bağlı saxlanılıb.

Allsport.az xəbər verir ki, istintaq çərçivəsində 2020–2026-cı illər ərzində rəsmi mərc platformalarının məlumatları və maliyyə kəşfiyyatının hesabatları araşdırılıb.

Nəticədə klub rəhbərliyi vəzifəsində çalışan 19 nəfərin mərc oynadığı müəyyən edilib.

Prokurorluğun iddiasına görə, funksionerlər öz komandalarının oyunlarında rəqibin qələbəsinə, ümumi qol sayına və futbolçularla bağlı fərdi hadisələrə mərc ediblər. Bütün mərc kuponlarının qanuni bukmeker platformaları vasitəsilə yerləşdirildiyi bildirilir.

Şübhəlilər arasında “Beşikdaş”, “Qalatasaray”, “Adana Dəmirspor”, “Boluspor”, “Altay”, “Gənclərbirliyi” və digər klubların nümayəndələri yer alıb.

Araşdırma zamanı ən çox mərc etdiyi iddia olunan şəxslərin “Beşikdaş” rəsmiləri olduğu qeyd edilib. Belə ki, Tolqa Qırğızın 1488, Kərəm Gürəlin isə 996 mərc etdiyi müəyyənləşdirilib.

Həmin kateqoriyadan