“Türkiyədə oynamaq üçün israr etdik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İstanbul aeroportunda türkiyəli jurnalistlərə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, Avropa liqasının “İ” qrupunun 2-ci turunda “Vilyarreal” ilə Türkiyədə qarşılaşacaqları üçün sevincli olduqlarını deyib:

“Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik”.

Matç sabah “Başağşəhər Fateh Tərim” stadionunda olacaq. Qarabağdakı hərbi savaşla əlaqədar UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını bitərəf meydanda keçirməlidir.

Həmin kateqoriyadan