“Türkiyədən də bu görüşə maraq böyükdür”

Sabah “Qarabağ” avroliqanın 1/8 finalında paytaxtda Almaniyanın “Bayer” klubu qarşı ilk matça çıxacaq. Allsport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu dedi:

“Məsuliyyətli oyundur. Sabah sürətli, yaxşı fiziki gecə malik və 90 dəqiqə oyunun içində olan komandaya qarşı oynayacağıq. Son vaxtlar biz fərqi nəzərə almışıq.

Rəqibin gücündən asılı olmayaraq, hazırlaşmışıq. Səviyyəli klublardan çəkinməməliyik. “Bayer” ilə matça son turda “Neftçi” ilə qarşılaşmadan daha hazırlıqlı olacağıq.

90 dəqiqə ərzində dözümlü olmalı, səhvlərdən uzaq durmalıyıq. Türkiyədən də bu görüşə maraq böyükdür. Daim qarşılıqlı dəstək olub. Bu sevindiricidir”.

Həmin kateqoriyadan