Türkiyənin oyununa azarkeş buraxılmayacaq

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Türkiyə – Latviya oyununa azarkeşlər buraxılmayacaq. Allsport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Qurum daha öncə stadionun 15 faizə qədər doldurulacağını açıqlamışdı. TFF koronavirusla bağlı son statistikadan sonra qərarını dəyişib.

Bu gün keçiriləcək Türkiyə – Latviya matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Həmin kateqoriyadan